Tbilisinin Boçormi küçəsində yerləşən atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində həlak olanların sayı 3 nəfərə çatıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan DİN-in Fövqəladə Halların İdarəetməsi Xidməti məlumat yayıb.
Bildirilib ki, partlayış zamanı xəsarət alan 4 nəfərdən biri xəstəxanada dünyasını dəyişib. Digər üç nəfərin reanimasiyada olduğu deyilir.
***
13:25
Gürcüstanın paytaxtı Tbilisinin Boçormi küçəsində yerləşən atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan DİN təsdiqləyib.
Xəsarət almış daha 4 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Əraziyə polis və yanğınsöndürənlər cəlb edilib, faktla bağlı araşdırma aparılır.