Bank Of Baku

Tbilisidə bir ailənin üç üzvünün meyiti aşkarlanıb

Tbilisidə bir ailənin üç üzvünün meyiti aşkarlanıb
# 04 oktyabr 2025 14:18 (UTC +04:00)

Tbilisinin İsani rayonuun Navtluqi küçəsində üç nəfərin meyiti aşkarlanıb.

APA-nın Gürcüstan bürosu xəbəri verir ki, bu barədə yerli media məlumat yayıb.

Həmin şəxslərin ata-ana və onların övladları olduğu bildirilir.

Yayılan məlumatlara əsasən, onların ölümünə səbəb yaşayış binasının yuxarı mərtəbəsindən yıxılma olub.

Hadisənin ötən gecə baş verdiyi qeyd edilib.

Faktla bağlı intihar və digər versiyalar üzrə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR