Gürcüstanın müxtəlif qeyri-hökumət təşkilatları, siyasi partiyalar, tələbə hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu” partiyasının “xarici agentlər” haqqında qanun layihəsini yenidən parlamentə təqdim etməsinə etiraz olaraq paytaxt Tbilisidə yürüş keçirəcəklər.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, təşkilatçılar yürüşün məqsədinin ölkənin azadlığının və Avropa gələcəyinin qorunması olduğunu bildiriblər. Saat 18:00-da Respublika meydanına toplanacaq etirazçılar buradan parlament binasının qarşısına yürüş edəcəklər.
Qeyd edək ki, “Gürcü Arzusu” partiyası ötən gün “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini müzakirəyə çıxarılması üçün parlamentə təqdim edib. Parlamentin aprelin 15-də layihəni nəzərdən keçirməyə başlayacağı bildirilir.