Bank Of Baku

Tbilisidə etiraz aksiyası davam edir - YENİLƏNİB-1 - FOTO

Tbilisidə etiraz aksiyası davam edir - YENİLƏNİB-1  - FOTO
# 09 mart 2023 23:03 (UTC +04:00)

Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyası davam edir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, aksiyaçılar "Rusiya qanununa yox", "Yaşasın Gürcüstan" şüarları səsləndirirlər.

Aksiyanın təşkilatçıları vətəndaşları sabah saat 11:00-da yenidən parlament binası yaxınlığına toplaşmağa çağırıblar. Etiraz aksiyası ilə əlaqədar parlament binasının yaxınlığına avtobuslarla xüsusi təyinatlı polis qüvvələri cəlb edilib.

***

22.32

Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiya zamanı saxlanılmış etirazçılar azadlığa buraxılıblar.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb. Bildirilib ki, aksiyalar zamanı saxlanılan 133 nəfərdən 132-si azadlığa buraxılıb.

Qeyd edək ki, hazırda parlament binası qarşısında keçirilən genişmiqyaslı aksiya davam edir. Rustaveli prospektinə toplanan minlərlə Gürcüstan vətəndaşı ölkə hakimiyyətinə qarşı müxtəlif şüarlar səsləndirirlər.

***

21.02

Tbilisidə etiraz aksiyalarında saxlanılanların hamısı sərbəst buraxılıb.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR