Tbilisidə etirazçılar şəhərin mərkəzi nəqliyyat qovşağını bloklayıblar.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, parlament binasının qarşısından yürüş edən etirazçılar Qəhrəmanlar meydanına gələrək ərazidəki körpü və yollarda avtomobillərin hərəkətini məhdudlaşdırıblar.
Nəticədə şəhərin bir sıra mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti iflic hala düşüb.
***
22:02
Tbilisidə “xarici təsir” qanununa etiraz edən nümayişçilər paytaxtın mərkəzi nəqliyyat qovşağını bloklamağa cəhd ediblər.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Qəhrəmanlar meydanına toplanan etirazçılar yolu bağlamağa çalışsalar da polis buna imkan verməyib.
Fəallardan bəzilərinin saxlanıldığı və ərazidən uzaqlaşdırıldığı bildirilib.
Ərazidə polislə etirazçılar arasında qarşıdurma olub.
Etirazçılar polisin xəbərdarlıq etmədən müdaxilə etdiyini bildiriblər.
Hazırda parlament binasının qarşısına toplanan etirazçıların bir hissəsi Qəhrəmanlar meydanına yürüş edir.
Aksiya iştirakçıları yürüş qərarını polisin Qəhrəmanlar meydanındakı etirazçıları saxlamasından sonra qəbul ediblər.