Bank Of Baku

Tbilisidə yenidən etiraz aksiyası keçirilir

Tbilisidə yenidən etiraz aksiyası keçirilir
# 07 yanvar 2025 21:14 (UTC +04:00)

Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirilir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, etirazçılar qanunverici orqanın qarşısındakı Rustaveli prospektini bağlayıblar.

Etiraz aksiyasının 41-ci günündə vətəndaşlar eyni tələb səsləndirirlər. Onlar yeni parlament seçkilərinin keçirilməsini, həmçinin aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.

Xatırladaq ki, Gürcüstanda etiraz aksiyaları noyabrın 28-də Baş nazir İrakli Kobaxidzenin hökumətin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə üzvlük danışıqlarına başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəldiyi bəyan etməsindən sonra başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR