Avropa ölkələrinin xarici işlər nazirləri Gürcüstan patlamentinin qarşısında "xarici təsir" qanunu əleyhinə keçirilən etiraz aksiyasına qatılıblar.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Latviya, Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləri aksiyaçılar tərəfindən alqışla qarşılanıb.
Səhnəyə çıxan nazirlər aksiyaçıları dəstəklədiklərini, onların yalnız olmadığını vurğulayıblar.
Baş dioplomatlar bidlriib ki, Gürcüstan xalqı artıq öz seçimini edib.
Nazirlər aksiya işyirakçıları ilə birlikdə "Hara gedirik? Avropaya", "Gürcüstan" şüarları səsləndiriblər.
Çıxışlardan sonra Gürcüstanın və Aİ-nin himni səsləndirilib.
***
Saat 21:00
Tbilisidə "xarici təsir" qanunu əleyhinə yenidən etiraz aksiyası keçirilir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, aksiya iştirakçıları bu dəqiqələrdə Parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayıblar.
Polis yolda qalan nəqliyyat vasitələrini alternativ istiqamətlərə yönəldir.
Mitinqdə Gürcüstanın və Avropa İttifaqının himni səsləndirilib.
Etirazçılar qanun əleyhinə müxtəlif şüarlar səsləndirirlər.