Tbilisidəki Müqəddəs Üçlük Katedralında (Sameba) Stalinin təsvir edildiyi “Müqəddəs Makrona” (Moskvalı Makrona) ikonasına göy boya atılıb.
APA-nın Tbilisi müxbiri yerli KİV-ə istinadən xəbər verir ki, Patriarxlıq insidentin baş verməsini təsdiqləyib. İkonaya boya atılması ilə bağlı görüntülər sosial medianın gürcüdilli seqmentində paylaşılıb.
Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 166-cı (xırda xuliqanlıq) maddəsi əsasında prosedurlara başlanılıb. Qurum iş üzrə materialların növbəti addımların atılması üçün məhkəməyə göndəriləcəyini bəyan edib.
Patriarxlıq hələki insidentə münasibət bildirbəyib.
Qeyd edək ki, yanvarın 6-da Sameba katedralına İosif Stalinin də təsvir edildiyi “Müqəddəs Matrona” ikonasının yerləşdirilməsi ilə bağlı məlumat yayılıb. Gürcüstandakı Rusiyayönümlü “Vətənpərvərlər Alyansı” partiyası ikonanın onlar tərəfindən kilsəyə hədiyə edildiyini açıqlayıblar.
1994-2005-ci illərdə inşa edilmiş Sameba katedralı Gürcü Provaslav Kilsəsinin əsas kilsəsidir.