Bank Of Baku

TDT-nin Baş katibi Viktor Orbanla görüşüb - YENİLƏNİB

TDT-nin Baş katibi Viktor Orbanla görüşüb - YENİLƏNİB
# 13 yanvar 2023 15:33 (UTC +04:00)

Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevi qəbul edib.

APA xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

Baş nazir Orban, Macarıstanın türk dünyası ilə dərin əlaqələrinin inkişafına önəm verdiyini vurğulayıb.

Onun sözlərinə görə, Macarıstan Təşkilatın zəngin ortaq irsini və dəyərlərini təbliğ etməklə, çoxşaxəli əməkdaşlığı təşviq edir.

Baş katib Ömurəliyev qeyd edib ki, bir çox təşəbbüslərə liderlik edən və müxtəlif əməkdaşlıq fəaliyyətlərində fəal iştirak edən Macarıstanın özünün güclü xarici siyasət istiqaməti ilə önəmli rol oynayır.

Baş katib Ömürəliyev və Baş nazir Orban TDT ölkələrini əhatə edən regionda və dünyada baş verən son hadisələri nəzərə almaqla nəqliyyat və enerji, kənd təsərrüfatı və təbii sərvətlərin idarə edilməsi kimi prioritet sahələrdə praktiki əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

***

11:57

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Macarıstanın xarici işlər naziri ilə görüşüb.

APA xəbər verir ki, bu barədə TDT-nin "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, Macarıstanda səfərdə olan TDT-nin Baş katibi Kuban Omuraliyev Macarıstan xarici işlər naziri Peter Siyarto ilə görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR