Sosial şəbəkələrdə Britaniyanın “Challenger 2” tankının tüstüləməsinn görüntüləri yayılıb. The Guardian qəzeti qeyd edir ki, bu tank xidmətdə olduğu 30 ilə yaxın müddətdə ilk dəfə döyüş şəraitində məhv edilib.
APA-nın “The Guardian”a istinadən verdiyi xəbərə görə, tank Zaporojye istiqamətində Rabotino kəndi yaxınlığında məhv edilib. Nəşr qeyd edir ki, bundan əvvəl alman Leopard tanklarının məğlubiyyəti barədə dəfələrlə məlumat verilib. Lakin bir dəfə Challenger 2-nin məhv edilməsi barədə məlumat verilib.
Challenger 2 1994-cü ildən xidmətdədir və bu, tankın təxminən 30 ildə ilk dəfə döyüşdə məhv edilib.
Böyük Britaniya hərbi yardım çərçivəsində Ukraynaya 14 ədəd “Challenger 2” tankı tədarük edib.