Bank Of Baku

Times: Finlandiya və İsveç bu yay NATO-ya daxil olmaq istəyir  

Times: Finlandiya və İsveç bu yay NATO-ya daxil olmaq istəyir  
# 11 aprel 2022 04:38 (UTC +04:00)

Finlandiya və İsveç bu yay NATO-ya üzv olmaq niyyətindədir.

APA-nın xəbərinə görə, bunu Times qəzeti Alyansdakı mənbəyə istinadla yayıb.

Mənbənin bildirdiyinə görə, hər 2 ölkənin NATO-ya üzvlüyü məsələsi xarici işlər nazirlərinin görüşlərində dəfələrlə müzakirə olunub.

“Görünür Finlandiya kimi İsveç də yayda üzvlük üçün ərizə verəcək” – deyə mənbə bildirib.

Avropa diplomatları qəzetə bildiriblər ki, sözügedən ölkələrin NATO-ya qəbul edilməsi Alyansı möhkəmləndirə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR