Tokayev: İstanbul razılaşmasından imtina etməklə Ukraynada əlverişli sülh fürsəti qaçırılıb

Almaniya kansleri Olaf Şolts - Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev

© APA | Almaniya kansleri Olaf Şolts - Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev

# 16 sentyabr 2024 14:58 (UTC +04:00)

İstanbul razılaşmasından imtina etməklə tərəflər Rusiya-Ukrayna münaqişəsində əlverişli sülh fürsətini qaçırıb.

APA-nın “newshub.kz” portalına istinadən xəbərinə görə, bunu Astanada səfərdə olan Almaniya kansleri Olaf Şolts ilə görüşdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

Qazaxıstan lideri bəyan edib ki, buna rəğmən sülhün əldə olunması imkanları tükənməyib. K.Tokayevin sözlərinə görə, münaqişənin eskalasiyası qarşısıalınmaz hadisələrə gətirib çıxaracaq.

Qeyd edək ki, İstanbul danışıqları Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra, 2022-ci ilin mart-aprel aylarında keçirilib. Moskva və Kiyev İstanbulda razılıq əldə etsələr də, daha sonra Ukrayna bu razılaşmalardan imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR