ABŞ Prezidenti Donald Trampın NATO Sammiti çərçivəsində Ankarada qalacağı otelin ətrafında genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, əraziyə baryerlər quraşdırılıb, giriş-çıxışlar ciddi nəzarətə götürülüb.
Hotelin ətrafında polis əməkdaşları gücləndirilmiş rejimdə fasiləsiz xidmət göstərəcək.
Qeyd edək ki, Donald Trampın sabah Ankaraya gələcəyi gözlənilir. ABŞ prezidentinin NATO sammitində 1000 nəfərlik nümayəndə heyəti ilə iştirak edəcəyi bildirilir.