Bank Of Baku

Türk Hava Yolları Ukrayna və Moldovaya uçuşlarını martın 18-nədək dayandırıb

Türk Hava Yolları Ukrayna və Moldovaya uçuşlarını martın 18-nədək  dayandırıb
# 04 mart 2022 00:09 (UTC +04:00)

Türk Hava Yolları (THY) Ukrayna və Moldovaya uçuşların dayandırılması ilə bağlı qərarın müddətini uzadıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə qurumun mətbuat katibliyindən bildirilib.

“Ukrayna və Moldovaya uçuşlarımız martın 18-i, saat 23:59-a qədər təxirə salınıb”, - qeyd olunub.

Aviaşirkət Ukraynadakı müharibə səbəbindən müvafiq qərar qəbul edib.

Qeyd edək ki, bundan əvvəl müvafiq qərarla uçurlar 15 mart 23:59-a qədər dayandırılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR