Türkiyə-Avropa İttifaqı münasibətlərinə dair hesabat hazırlanacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bu hesabat Türkiyə və Aİ arasında münasibətlərin müsbət irəliləməsi üçün həllər nəzərdə tutacaq.