Bank Of Baku

Türkiyə boğazlardan keçid üçün rüsumları artırıb

Türkiyə boğazlardan keçid üçün rüsumları artırıb
# 01 iyul 2023 20:31 (UTC +04:00)

Türkiyə boğazlarından keçən beynəlxalq gəmilərdən alınacaq rüsumlarda artırılmış tariflərin tətbiqinə başlayıb.

APA xəbər verir ki, ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından tranziti üçün rüsumlar 4,42 ABŞ dollarına qaldırılıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülqadir Uraloğlu bildirib ki, keçən ilin oktyabrından gəmilərin boğazlardan keçməsinə görə ödənişlər xalis tonaj üçün 4,08 ABŞ dolları təşkil edib.

Uraloğlunun sözlərinə görə, Türkiyə Prezidentinin təsdiqlədiyi qərara əsasən, boğazlardan keçid haqları hər il iyulun 1-də avtomatik olaraq yenidən hesablanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR