Türkiyə Ukraynada müharibə zonalarında qalan daha 406 vətəndaşını təxliyə edir.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazirin sözlərinə görə, onlar artıq yola çıxıb.
Çavuşoğlu qeyd edib ki, bununla da Türkiyə tərəfindən Ukrayna ərazsinindən təxliyə olunan vətəndaşların sayı 9 653 nəfərə çatıb.