Türkiyənin Nazirlər Kabinetinin iclası başlayıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi iclasda regional məsələlər, həmçinin, Ukraynadakı son vəziyyət, Türkiyə vətəndaşlarının oradan təxliyəsi və gündəmdə olan digər mövzular da müzakirə olunacaq.