Bank Of Baku

Türkiyə Rusiya-Ukrayna müharibəsinin müzakirələr vasitəsi ilə bitəcəyinə inanır

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 07 aprel 2023 13:34 (UTC +04:00)

Türkiyə Rusiya-Ukrayna müharibəsinin müzakirələr vasitəsi ilə bitəcəyinə inanır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bunun üçün Ankara bir sıra səylər göstərib, lakin buna nail olmaq mümkün olmayıb.

Çavuşoğlu, həmçinin, əlavə edib ki, taxıl təşəbbüsünün davam etdirilməsi üçün sazişin yerinə yetirilməsi lazımdır: “Bu günə qədər Ukraynanın üç limanından 866 gəmi ilə 20 milyon tondan çox taxıl dünya bazarlarına çıxarılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR