Türkiyə seçkilər zamanı iki avropalı müşahidəçini ölkəyə buraxmayacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bu deputatlar əvvəlki seçkilərdə müşahidəçi olduqları zaman açıq şəkildə terror təşkilatı PKK-nı dəstəkləyib.
Nazir, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), ATƏT PA və Avropa Şurası Parlament Assambleyasından (AŞPA) müşahidəçilərin dəvət olunduğunu vurğulayıb.
Seçkilərə xaricdən müdaxilə edilmə ehtimalını şərh edərək, Çavuşoğlu Rusiya tərəfində belə bir niyyət görmədiyini, lakin digər ölkələrin ikili standartlar nümayiş etdirdiklərini də diqqətə çatdırıb.