Türkiyə “Taxil sazişi”nin uzadılması üçün Rusiya, Ukrayna və BMT ilə danışıqlar aparır.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə milli müdafiə naziri Hulusi Akar bildirib.
O, sazişin 18 martda bitəcəyini xatırladaraq, indiyədək dəhlizdən taxıl yüklü 790 gəminin keçdiyini xatırladıb.
“Biz taxıl təşəbbüsünün tərəfləri olan BMT, Ukrayna və Rusiya ilə danışıqlarımızı davam etdiririk. Ukrayna təşəbbüsünün ikinci dəfə uzadılması ilə bağlı müsbət rəyini bildirib. Eynilə, Rusiya da təşəbbüsün uzadılmasına müsbət yanaşır. Biz də ümid edirik və gözləyirik ki, taxıl təşəbbüsü bütün tərəflərin töhfəsi ilə davam edəcək. Biz bu istiqamətdə işimizi davam etdiririk”, - deyə nazir vurğulayıb.