Türkiyə və İtaliya energetika sahəsində anlaşma memorandumu imzalayacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliya Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tayani ilə Ankarada birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə artıq anlaşmanın layihəsini İtaliya tərəfinə təqdim edib.
Çavuşoğlu Türkiyə və İtaliya arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 26 milyard dollardan çox olduğunu bildirib.