Türkiyə ilə Macarıstan arasında “Hərbi Çərçivə Sazişi” imzalanıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, sənəd Türkiyə milli müdafiə naziri Hulusi Akar və Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovniczky tərəfindən Ankarada imzalanıb.
Bundan əlavə, iki nazir və nümayəndə heyətləri arasında görüş baş tutub.