Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Yaşar Gülərlə NATO Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı general Todd Volters arasında telefon danışığı olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin mətbuat katibliyi məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı tərəflər NATO-da aktual proseslərə dair fikir mübadiləsi aparıblar.