Bank Of Baku

Türkiyə və Ukrayna arasında sərbəst ticarət sazişi imzalana bilər

Ukrayna və Türkiyə bayraqları

© APA | Ukrayna və Türkiyə bayraqları

# 01 fevral 2022 15:10 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri zamanı iki ölkə arasında sərbəst ticarət sazişi imzalana bilər.

APA-nın xəbərinə görə, bunu “Anadolu”ya açıqlamasında Türkiyə-Ukrayna İşgüzar Şurasının sədri Ruşen Çetin deyib.

O qeyd edib ki, Türkiyə-Ukrayna münasibətlərinin 30-cu ildönümünə həsr olunmuş səfər zamanı Kiyevdə 10-cu Yüksək Səviyyəli Strateji Şuranın keçirilməsi də nəzərdə tutulub: "İki ölkə arasında sərbəst ticarət müqaviləsi imzalanarsa, qarşılıqlı ticarət həcmimiz yaxın 2-3 ildə 10 milyard dollara çatacaq və bu ciddi rəqəmdir”, - o bildirib.

R. Çetin, siyasi böhranın Rusiya, Ukrayna və Türkiyə üçbucağında həll oluna biləcəyini vurğulayıb.

“Heç kim istəməz ki, Rusiya ilə Ukrayna arasında siyasi gərginlik olsun. Bu gərginlik istər-istəməz ticarətimizə təsir göstərəcək. Hazırda ticarətimiz davam edir. Ukrayna ilə hələlik heç bir problem yoxdur. Bu məsələ Rusiya, Ukrayna və Türkiyə üçbucağında həll oluna bilər. Qara dənizdə sülhün və əmin-amanlığın təmin edilməsi Montrö sazişinə uyğun həyata keçirilir. Bu məsələdə hər iki tərəflə ən yaxşı anlaşa bilən Prezident Ərdoğandır”, - Çetin əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR