Bank Of Baku

Türkiyədə 30 dərəcə şaxta qeydə alınıb

Türkiyədə 30 dərəcə şaxta qeydə alınıb
# 25 yanvar 2022 15:06 (UTC +04:00)

Türkiyənin Sivas vilayətində günün ən aşağı temperaturu qeydə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə məlumat Türkiyə Dövlət Meteorologiya İdarəsinin rəsmi saytında qeyd olunub.

Məlumata əsasən, bu günün ən aşağı temperaturu, - 30,9 dərəcə şaxta, Sivas vilayətinin Göbekören kəndində qeydə alınıb.

Bundan əlavə, ikinci ən aşağı temperaturu, - 29,6 dərəcə şaxta, isə Bolu vilayətinin Samat kəndində müşahidə olunub.

2022-ci ildə ən aşağı temperatur isə Vanın Çaldıran rayonu ərazisində qeydə alınıb. Yanvarın 22-də burda -33,5, dünən isə - 27,1 dərəcə şaxta qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR