Türkiyənin Sivas vilayətinin Gürün rayonunda sərnişin avtobusu aşıb, 2 nəfər ölüb, 20 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Həmçinin qeyd olunub ki, qanunsuz köç edən miqrantları ölkədən geri qaytarma məntəqəsinə aparan avtobus Malatya-Kayseri yolunun Mazikiran ərazisinə düşən hissəsində aşıb.
Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub, sürücünün şəxsiyyəti və avtobusun dövlət nömrə nişanı dəqiqləşdirilməyib.
Müvafiq qurumlar hadisə yerinə cəlb edilib.