Bank Of Baku

Türkiyədə avtobus yük maşını ilə toqquşub, 23 nəfər yaralanıb

Türkiyədə avtobus yük maşını ilə toqquşub, 23 nəfər yaralanıb
# 26 aprel 2023 13:58 (UTC +04:00)

Türkiyənin Bursa şəhərində şagirdləri aparan servis avtobusu ilə yük maşını toqquşub.

APA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, Bursanın Nilüfer rayonunda avtobusla yük maşınının toqquşması nəticəsində avtobusun sürücüsü ilə bərabər 23 nəfər yaralanıb.

Qəzadan sonra hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi yardım xidməti qrupları cəlb edilib.

Məlumata görə, yaxınlıqdakı xəstəxanalara çatdırılan yaralıların səhhəti yaxşıdır, həyati təhlükə yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR