Bank Of Baku

Türkiyədə fırtına nəticəsində 3 nəfər ölüb

Türkiyədə fırtına nəticəsində 3 nəfər ölüb
# 09 yanvar 2026 11:29 (UTC +04:00)

Türkiyənin bir neçə vilayətində baş verən güclü fırtına nəticəsində 3 nəfər ölüb.

APA-nın Türkiyə bürosu İstanbul Valiliyinə istinadən xəbər verir ki, şəhərdə 45 ağac aşıb, 89 dam uçub, təhlükə yaradan 214 obyektlə bağlı müraciət daxil olub.

Həmçinin 1 tərk edilmiş bina və 1 istinad divarı çöküb. Ümumilikdə, 350 müraciət qeydə alınıb.

Fırtına əsasən İstanbul, Bursa, Aksaray və Aydında ciddi fəsadlara səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR