Bank Of Baku

Türkiyədə limanda partlayış baş verib, 12 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-1

Türkiyədə limanda partlayış baş verib, 12 nəfər yaralanıb - VİDEO  - YENİLƏNİB-1
# 07 avqust 2023 17:36 (UTC +04:00)

Türkiyənin Kocaeli şəhərinin Derince limanında baş verən partlayış nəticəsində yaralananların sayı 12-ə yüksəlib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Kocaeli Böyükşəhər Bələdiyyə Başçısı Tahir Büyükakın bildirib.

O qeyd edib ki, onlardan 2-nin vəziyyəti ağırdır.

***

16:50

Türkiyənin Kocaeli şəhərinin Derince limanındakı depoda baş vermiş partlayışda xəsarət alanların sayı artıb.

APA TRT-yə istinadən xəbər verir ki, Kocaeli valisi Seddar Yavuz bildirib ki, yaralıların sayı 10-a çatıb.

Bir nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Dağıntılar altında qalan yoxdur.

Derince bələdiyyə sədri Zeki Aygün partlayışın taxıl anbarında baş verdiyini bildirib.

O, sıxılmanın partlayışa səbəb olduğunu vurğulayaraq, hazırda yanğının olmadığını qeyd edib. Zeki Aygünün sözlərinə görə, xəsarət alanlar artıq xəstəxanaya çatdırılıb.

***

16:09

Türkiyənin Kocaeli şəhərinin Derince limanındakı depoda partlayış olub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə TRT məlumat yayıb.

İlkin məlumata görə, partlayış nəticəsində 5 nəfərin yaralandığı bildirilib. Bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd olunub ki, bölgəyə çoxlu sayda xilasedici və yanğınsöndürən maşınlar göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR