Bank Of Baku

Türkiyədə meşə yanğınları ilə əlaqədar 770 nəfər başqa yerə köçürülüb, evlərə və heyvandarlığa güclü zərər dəyib

Türkiyədə meşə yanğınları ilə əlaqədar 770 nəfər başqa yerə köçürülüb, evlərə və heyvandarlığa güclü zərər dəyib
# 10 avqust 2025 17:49 (UTC +04:00)

Türkiyənin Çanaqqala bölgəsində üumilikdə 12 kənd yanğından zərər görüb.

APA xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Rəsmi nümayəndələrin verdiyi məlumata görə, zərər çəkən kəndlərin 7-sindən insanlar təxliyə edilib. Ümumilikdə 770 vətəndaş başqa yerə köçürülüb.

5-i Çanaqqala mərkəzində, 28-i isə Bayramiçdə olmaqla ümumilikdə 33 ev ağır zərər görüb. İnsan itkisi olmayıb. 98 nəfər yanğından təsirlənib, onlardan 2-si xəstəxanada müalicə alır, digərləri isə ilkin tibbi yardımdan sonra evlərinə buraxılıb.

Kənd Təsərrüfatı və Meşə İdarəsinin ilkin müəyyənləşdirməsinə görə, 203 xırdabuynuzlu heyvan və 246 arı pətəyi tələf olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR