Bank Of Baku

Türkiyədə qar uçqunu nəticəsində 2 alpinist ölüb, 7 nəfər yaralanıb

Türkiyədə qar uçqunu nəticəsində 2 alpinist ölüb, 7 nəfər yaralanıb
# 04 mart 2023 18:39 (UTC +04:00)

Türkiyənin Artvin vilayətinin Yusufeli rayonunda qar uçqunu nəticəsində 2 alpinist xizək sürərkən ölüb, 7 nəfər isə yaralanıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Artvin Valiliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerli vaxtla saat 17:00 radələrində baş verib. Ölən alpinistlərin televiziya proqramı üçün Ərzurumdan Artvinə gəldikləri də müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR