Türkiyədə sel nəticəsində 2 nəfər ölüb, 4 nəfər itkin düşüb.
APA NTV-yə istinadən xəbər verir ki, Kırklareli bölgəsində güclü yağışlardan sonra çaylar daşaraq məcrasından çıxıb.
Sel turizm bölgəsində istirahət mərkəzlərinə də ciddi ziyan vurub.
Əraziyə xilasetmə qüvvələri, hərbçilər cəlb olunub. Sel təhlükəsi ilə üzləşən bir neçə nəfər xilas edilib.
Sel nəticəsində 6 nəfər itkin düşüb. İtkin düşənlərdən ikisinin meyiti tapılıb, dörd nəfərin axtarışları davam etdirilir.
***
17.30
Türkiyədə sel fəlakəti nəticəsində 5 nəfər itkin düşüb.
APA NTV-yə istinadən xəbər verir ki, Kırklareli bölgəsində yağan güclü yağışlar çayların daşmasına səbəb olub.
Kırklareli Demirköy bələdiyyə başqanı Rəcəb Gün sel nəticəsində 5 nəfərin itkin düşdüyünü açıqlayıb. İtkin düşənlərdən biri uşaqdır. Təbii fəlakət təsərrüfata, yollara, tikililərə də ciddi ziyan vurub.
İtkin düşənlərin axtarışı aparılır.