Bank Of Baku

Türkiyədə sərnişin avtobusları və yük maşınları qəzaya düşüb, xeyli yaralı var - FOTO

Türkiyədə sərnişin avtobusları və yük maşınları qəzaya düşüb, xeyli yaralı var - FOTO
# 05 mart 2023 13:13 (UTC +04:00)

Türkiyədə Anadolu magistralının Kocaeli hissəsində müxtəlif nöqtələrdə baş verən zəncirvari qəzalar səbəbindən İstanbul istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb.

APA TRT Haber-ə istinadən bildirir ki, avtomobil yolunun İstanbul istiqamətində sərnişin avtobusları, yük maşınları və avtomobillərin iştirakı ilə 3 ayrı yol qəzası baş verib.

Qəzalarda yaralananların olduğu xəbəri üzərinə bölgəyə çox sayda sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib. Yaralılar 112 Təcili Tibbi Yardım qrupları tərəfindən ətrafdakı xəstəxanalara çatdırılır.

Bir-birinə yaxın nöqtələrdə meydana gələn qəzalar səbəbiylə İstanbul istiqaməti nəqliyyata bağlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR