Bank Of Baku

Türkiyədə sərnişin avtobusu dayanacağa çırpılıb, 1 nəfər ölüb

Türkiyədə sərnişin avtobusu dayanacağa çırpılıb, 1 nəfər ölüb
# 06 aprel 2023 12:09 (UTC +04:00)

Türkiyənin Adana şəhərində sərnişin avtobusu dayanacağa çırpılıb və nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “TRT Haber” kanalı bildirib.

Qeyd olunub ki, qəzanın ilkin səbəbi kimi avtobusun texniki nasazlığı göstərilib. Hadisə yerinə gələn polis əməkdaşları lazımi tədbirlər həyata keçirir, araşdırma aparılır.

Xəsarət alanlar təcili tibbi yardım avtomobilləri vasitəsi ilə xəstəxanalara yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR