Bank Of Baku

Türkiyədə zəlzələdə dağılmış binalarla bağlı 55 nəfər həbs olunub

Türkiyədə zəlzələdə dağılmış binalarla bağlı 55 nəfər həbs olunub
# 25 fevral 2023 16:04 (UTC +04:00)

Türkiyədə zəlzələ nəticəsində dağılmış binalarla bağlı 612 şübhəli barəsində araşdırma aparılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə ədliyyə naziri Bəkir Bozdağ bildirib.

Nazir, onlardan 184-nin saxlanıldığını, 55-nin isə artıq həbs edildiyini vurğulayıb.

Bəkir Bozağın sözlərinə görə, indiyədək zəlzələ nəticəsində dağılan 7 min 598 binadan nümunələr götürülərək onların ekspertizası aparılıb.

Nazir dağılan binalarda dağıntıların altında qalanların çıxarılması işini tamamlandığını deyib.

O bildirib ki, Diyarbəkirdə zəlzələdə ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər tamamlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR