Bank Of Baku

Türkiyədə zəncirvari yol qəzası olub, yaralananlar var - YENİLƏNİB

Bolu dağu tunelində zəncirvari yol qəzası

© APA | Bolu dağu tunelində zəncirvari yol qəzası

# 19 mart 2022 18:03 (UTC +04:00)

Türkiyədə Anadolu avtomobil yolunun İstanbul istiqamətindəki Bolu dağı tunelində 18 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzası zamanı 3-ü ağır olmaqla 17 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib.

O, hadisə yerinə 10 təcili yardım maşını cəlb edildiyini, yaralıların xəstəxanaya yerləşdirildiklərini qeyd edib.

Bolu valisi Ahmet Ümüt isə son məlumata əsasən, qəza nəticəsində 30 nəfərin yaralandığını bildirib.

Tural Əsədi
***

17:09

Türkiyədə Anadolu avtomobil yolunun İstanbul istiqamətindəki Bolu dağı tunelində zəncirvari yol qəzası olub.

APA CNN Türk-ə istinadən xəbər verir ki, qəza sərnişin avtobusları, yük və minik avtomobillərinin iştirakı ilə baş verib.

Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu bildirilir.

Hazırda xilasetmə işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR