Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan 3 nəfər yaxalanıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, həbs edilən şəxslərdən birinin PKK/KCK terror təşkilatı üzvü olduğu müəyyən edilib.