Bank Of Baku

Türkiyənin 21 vilayətində antiterror əməliyyatları keçirilib, 110 nəfər saxlanılıb

Türkiyənin 21 vilayətində antiterror əməliyyatları keçirilib, 110 nəfər saxlanılıb
# 25 aprel 2023 10:29 (UTC +04:00)

Türkiyənin 21 vilayətində antiterror əməliyyatları keçirilib, 110 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, əməliyyatlar Diyarbəkir, Bursa, Siirt, Mardin, Qaziantep, İstanbul, Bingöl, Batman, İzmir, Mersin, Şanlıurfa, Van, Şırnak, Muş, Bitlis, Hakkari, Osmaniye, Sivas, Malatya, Ankara və Adıyamanda həyata keçirilib.

PKK-KCK terror təşkilatını maliyyələşdirən, gəncləri aldadaraq təşkilata cəlb edib onların iştirakı ilə müxtəlif terror əməllərinin təşkilini sifariş verən, Halkların Demokratik Partisi (HDP) bələdiyyələrindən bəzi şirkətlər vasitəsilə təşkilata pul köçürən şübhəli şəxslərin ünvanlarına baxış keçirilib.

Qeyd edək ki, hazırda əməliyyatlar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR