Bank Of Baku

Türkiyənin Bursa bölgəsindəki meşə yanğını 17 saat sonra nəzarət altına alınıb - FOTO

Türkiyənin Bursa bölgəsindəki meşə yanğını 17 saat sonra nəzarət altına alınıb - FOTO
# 03 sentyabr 2023 10:57 (UTC +04:00)

Türkiyənin Bursa bölgəsindəki Mudanyanın Göynüklü və Altıntaş məhəllələri arasındakı meşəlik ərazidə baş verən yanğını söndürmək uğrunda çalışmalar davam edib.

APA CNN Türk-ə istinadən xəbər verir ki, yanğını söndürmək üçün havadan gecə görünüşlü vertolyotların müdaxiləsi gecə boyu davam edib.

Bursa Meşə Region Müdirliyi və Bursa Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qrupları, axtarış qurtarma qrupları və bölgədəki vətəndaşlar alovları söndürmək üçün çalışıb.

Gecə saatlarında 132 texnika və 420 canlı qüvvənin müdaxilə etdiyi ərazidə yanğın 17 saatdan sonra nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR