Bank Of Baku

Türkiyənin müdafiə naziri Montrö boğazlar konvensiyası ilə bağlı açıqlama verib

Hulusi Akar

© APA | Hulusi Akar

# 01 mart 2022 11:16 (UTC +04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiya-Ukrayna müharibəsindən sonra gündəmə gələn Montrö boğazlar konvensiyası ilə bağlı açıqlama verib.

APA-nın NTV-yə istinadən xəbərinə görə, Akar konvensiyanın aşındırılmasının heç kimə fayda gətirməyəcəyini vurğulayıb.

O qeyd edib ki, indiyədək olduğu kimi Montrö boğazlar konvensiyasının 19, 20 və 21-ci maddələrinin tətbiqini davam etdirəcəklər: “Hər hansı şəkildə Montrönün aşındırılması, status-kvonun pozulması kimsəyə fayda gətirməz. Montrönün qorunmasında fayda görürük. Bu çərçivədə çalışmalarımızı davam etdiririk. İndiyədək olduğu kimi Montrö boğazlar konvensiyasının 19, 20 və 21-ci maddələrinin tətbiqini davam etdirəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR