Türkiyənin müdafiə naziri Rusiya və Ukraynaya çağırış edib

Hulusi Akar

© APA | Hulusi Akar

# 31 yanvar 2022 18:23 (UTC +04:00)

“Bizim mövqeyimiz son dərəcə açıq-aydındır. Biz illərdir bildiririk ki, Qara dənizdə həmsərhəd olan ölkələrlə Montrö sazişi çərçivəsində sülh, dialoq və rifah içində yaşamağın tərəfdarıyıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Türkiyə olaraq biz Qara dənizdə dialoqa dair üzərimizə düşəni etmişik. Bir tərəfdə Rusiya, digər tərəfdə Ukrayna ilə dialoqumuz var. Habelə NATO qarşısında bütün öhdəliklərimizi yerinə yetirmişik və yerinə yetirməyə davam edirik”, - nazir bildirib.

H. Akar qeyd edib ki, gərginliyin artması ciddi təhlükəyə səbəb ola bilər: "Türkiyə olaraq bütün tərəfləri əməkdaşlıq və dialoqa çağırırıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR