Bu gün “Taxıl daşınması sazişi” çərçivəsində Türkiyənin İsgəndərun əyalətinə 12 min ton qarğıdalı daşıyan Barbados bayraqlı “FULMAR S” və 3 min ton günəbaxan toxumu daşıyan Marşal Adaları bayrağı ilə “THOE” adlı gəmi Tekirdağa getmək üçün Çernomorskdan yola düşüb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Bundan əlavə, bir gəmi də taxıl almaq üçün Ukraynaya yola düşəcək.