Bank Of Baku

Ukrayna DİN məhkəmə binasındakı partlayışı təsdiqləyib

Ukrayna DİN məhkəmə binasındakı partlayışı təsdiqləyib
# 05 iyul 2023 19:50 (UTC +04:00)

Ukrayna Daxili İşlər Nazirliyi Kiyevin Şevçenko rayon məhkəməsinin binasında partlayışın baş verdiyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə nazirliyin Teleqram kanalında məlumat yerləşdirilib.

Məlumatda bildirilib ki, hadisə yerində xüsusi təyinatlılar, partlayıcı qurğular üzrə texniki və kinoloqlar işləyir.

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri bildirib ki, ilkin məlumatlara görə, məhkəmə iclasına aparılan şəxs müəyyən olunmamış qurğunu partladıb.

“STRANA.ua” nəşrinin məlumatına görə, təqsirləndirilən şəxslərdən biri konvoy binasında üç qumbara partladıb.

Həmin şəxsdə tapança olduğu və müşayiətçini girov götürdüyü də qeyd olunub.

KİV-də partlayışı 2015-ci ildə Rada yaxınlığında qumbara partlaması işində şübhəli bilinən İqor Qumenyukun törətdiyinə dair məlumat da yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR