Bank Of Baku

Ukrayna DİN: Milli Qvardiyanın qarovulu daxili təhqiqata cəlb edilib

Ukrayna DİN: Milli Qvardiyanın qarovulu daxili təhqiqata cəlb edilib
# 06 iyul 2023 02:29 (UTC +04:00)

Ukrayna Milli Qvardiyasının qarovulu ilə bağlı Kiyev məhkəməsində partlayışlarla bağlı daxili araşdırma başlayıb.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

“Daxili işlər nazirinin göstərişi ilə Şevçenkivski məhkəməsində baş vermiş hadisələrlə bağlı Milli Qvardiyada xidməti araşdırmalara başlanılıb”, - deyə məlumatda qeyd olunub.

Bundan əvvəl Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko Kiyevin Şevçenkovski Rayon Məhkəməsində partlayışı təşkil edən İqor Qumenyukun öldüyünü bildirib.

Klimenko deyib ki, müttəhimin partlayıcıları məhkəmə zalına necə gətirdiyini istintaq müəyyən edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR