Bank Of Baku

Ukrayna hərbçiləri Polşada NATO standartlarına uyğun təlim keçiblər

Ukrayna hərbçiləri Polşada NATO standartlarına uyğun təlim keçiblər
# 29 avqust 2023 08:46 (UTC +04:00)

Ukrayna hərbçiləri Polşada NATO standartlarına uyğun olaraq mülki-hərbi əməkdaşlıq üzrə təlim kursunu başa vurublar.

APA-nın xəbərinə görə, bu barədə “RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat yayıb.

Təlim Polşa Silahlı Qüvvələrinin Xarici Nümayəndəliklər üçün Təlim Mərkəzinin bazasında, ABŞ, Böyük Britaniya, İtaliya və Polşa nümayəndələri ilə çoxtərəfli əməkdaşlıq çərçivəsində keçirilib. Kursda taktiki-strateji hərbi komandanlığın bütün səviyyələrindən olan hərbçilər iştirak ediblər.

Həftə ərzində Ukrayna hərbçiləri mülki-hərbi əməkdaşlıq fəaliyyətlərinin planlaşdırılması və həyata keçirilməsini, beynəlxalq humanitar hüququn əsaslarını öyrənib, hərbi qərarların qəbulu prosesini nəzərdən keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR