Bank Of Baku

Ukrayna hərbçiləri Rusiya müdafiəsinin 7,5 km dərinliyinə qədər irəliləyib

Ukrayna hərbçiləri Rusiya müdafiəsinin 7,5 km dərinliyinə qədər irəliləyib
# 05 iyul 2023 19:14 (UTC +04:00)

Ukrayna hərbçiləri Melitopol və Berdyansk istiqamətlərində Rusiya müdafiəsinin 7,5 kilometr dərinliyinə qədər irəliləyib.

APA “Unian” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının nümayəndəsi, briqada generalı Aleksey Qromov bildirib.

O, hücum əməliyyatları başlayandan Ukraynanın 9 yaşayış məntəqəsini azad etdiyini, ümumilikdə 160 kvadrat kilometr ərazinin Ukrayna nəzarətinə qaytarıldığını deyib. Qromov qaynar döyüşlərin getdiyi cəbhə xəttinin uzunluğunun 1200 kilometrə çatdığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR