Bank Of Baku

Ukrayna HHQ: 26 kamikadze-dron vurulub

Ukrayna HHQ: 26 kamikadze-dron vurulub
# 17 oktyabr 2022 10:39 (UTC +04:00)

Ukraynanın cənub hissəsinə Rusiya Silahlı Qüvvələri tərəfindən edilən dron hücumları nəticəsində bu gecə saat 03:30-dan səhər saat 07:00-a qədər 15 ədəd “Shahed-136” dronu vurulub.

APA “Ukrayinskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) sözçüsü Yuriy İqnat milli telemarafonun efirində deyib.

İqnatın sözlərinə görə, dünən də 11 ədəd bu tip dronların vurulması barədə məlumat verilmişdi: “Dünən Ukraynanın cənub istiqamətində 11 “Shahed-136” dronu vurulub və bu gecə səhərə qədər bu tip daha 15 dron məhv edilib. Ümumilikdə bu gün səhərə qədər 26 dron məhv edilib. Dronların vurulması üçün zenit-raket komplekslərindən və qırıcı təyyarələrdən də istifadə olunub”.

Həmçinin o da əlavə olunub ki, Ukrayna hərbçiləri dronların 75 faizini məhv edə bilib, belə ki, ölkənin cənub hissəsində qeydə alınan 136 drondan 100 dənəsi vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR