Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Nikolay Oleşuk "Patriot" zenit-raket kompleksini sınaqdan keçirib.
APA xəbər verir ki, bu barədə Nikolay Oleşuk "Telegram"da bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin aprelindən "Patriot" hava hücumundan müdafiə sistemi Ukrayna hərbçilərinin istifadəsində olacaq.
"Müasir Qərb texnikasının özünəməxsus xüsusiyyətləri var, lakin bizim səma müdafiəçiləri bunu tez mənimsəyirlər və rus işğalçısını məhv etməyə hazırdırlar", - Oleşuk paylaşımında qeyd edib.
O, həmçinin Qərb müttəfiqlərinə təşəkkür edib və əlavə edib ki, Ukrayna Hərbi Hava Qüvvələri nəhayət ki, həsrətini çəkdiyi ballistik raketlərə qarşı silahları əldə edə bilib.