Bank Of Baku

Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb

Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
# 02 sentyabr 2026 16:38 (UTC +04:00)

Ukrayna Beynəlxalq Mülki Aviasiya Təşkilatının Baş katibinə Rusiya hava məkanında mülki aviadaşımalar üçün risklər barədə xəbərdarlıq məktubu göndərib.

APA xəbər verir ki, müraciətdə Kiyev BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququnu həyata keçirərək, Rusiyanın hava hücumlarına cavab verməyə məcbur olduğunu vurğulayıb.

Ukrayna tərəfi ICAO-nu Rusiya ərazisi üzərində uçuşlar həyata keçirərkən, mülki aviasiya üçün artan riskləri nəzərə almağa çağırıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hava məkanını qapadacaqları ilə bağlı Moskvanı təhdid edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR